Xəbərlər
Prezident İlham Əliyev Bahar Muradovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Bahar Əvəz qızı Muradova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2022-ci il