YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzulidə şəhid ailələri ziyarət olunub

Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və partiya fəalları, Füzuli rayonun Əhmədbəyli, Bala Bəhmənli və Dilağarda kəndlərində şəhid ailələrini ziyarət ediblər.

Almaz Həşimova şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.

Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv