YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Samir Mustafayevin doğum günü münasibətilə anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid Samir Elşən oğlu Mustafayevin doğum günü münasibətilə rayonun Qarabağlı kəndində Vətən qəhrəmanının xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və idarə əməkdaşları, Salyan RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, 60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi polkovnik-leytenant Nurlan Abbasov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid valideynləri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov şəhidin keçdiyi döyüş yolundan bəhs edərək, onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər. Ümumtəhsil məktəblərinin şagirdləri Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.

Sonda Qarabağlı kənd qəbiristanlığında şəhid Samir Mustafayevin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.