YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsindəki tuneldə son tamamlama işləri görülür

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsində tikilən tunel artıq Gürcüstan ilə Türkiyəni birləşdirib. Hazırda tunelin daxilində kommunikasiya işləri, elektrik kabellərin quraşdırılması və relslərin yerləşdirilməsi həyata keçirilir. İşimizin dinamikası çox yaxşıdır. Sevinirik ki, bizim üçün vacib, eyni zamanda, çox çətin sahə olan tunelin tikintisi artıq başa çatıb.
Bu sözləri Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili bildirib.
Baş nazirin müavini deyib ki, yaxın günlərdə Azərbaycanın və Türkiyənin nəqliyyat nazirləri ilə birgə görüş keçiriləcək. Nazirlər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ilə Türkiyəni birləşdirən hissəsində tuneldə gedən tikinti-quraşdırma işləri ilə də tanış olacaqlar.