YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında gənclərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov ilə gənclərin görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçib və özünü sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanıdıb. Qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verib və təhlükəsizliyin təmini üçün güclü potensial yaradıb. Vurğulayıb ki, tarixi qələbəmiz nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov Azərbaycanın müstəqilliyinin ilk illərinin çətinliyindən, ağır iqtisadi-siyasi vəziyyətdən danışıb: “Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Siz gənclər o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki tarixdən ibrət götürərək inamla irəliyə gedə bilərik”.

C.Osmanov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli yerini tuta bildi və bu gün isə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin apardığı siyasət nəticəsində müasir Azərbaycan özünün ən güclü dövrünü yaşayır desək, əlbəttə yanılmarıq.

YAP İdarə Heyətinin üzvü çıxışında Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil edilməsində gəncliyin üzərinə düşən böyük vəzifələrdən də danışıb.

Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.