YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri diplomatik fəaliyyəti başa çatan Qazaxıstan səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstanın ölkəmizdəki səfiri Amangeldı Jumabayev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahələrində əlaqələrin inkişafında irəliləyişlər xüsusilə qeyd edilib.
Səfir Amangeldı Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

 

DİGƏR Xəbərlər Arxiv