YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda şəhid ailələrini ziyarət olunub

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, YAP Beyləqan rayon təşkilatının əməkdaşları, Təzəkənd kənd Ərazi Partiya Təşkilatının sədri Səxavət Məmmədov və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin direktoru Zaur Musazadə Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımız - Abbaslı Munus Həbibulla oğlu, Abbaslı Hikmət Zahir oğlu və İsmayılov İlqar Mehdi oğlunun ailəsini ziyarət ediblər. Şəhid ailələrinin qayğıları ilə maraqlanan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, şəhidlərimiz Vətən qarşısında misilsiz xidmətlər göstərmişdir. Düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək tutulduğu göz qabağındadır.

Abbaslı Munis Həbibulla oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis Həbibulla oğlu oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Beyləqan rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunmuşdur.

Abbaslı Hikmət Zahir oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hikmət Abbaslı 9 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xocalı rayonunun Muxtar və Şuşakənd kəndlərinin arasında döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Onun nəşi 10 noyabr tarixində ərazidən çıxarılmış və 11 noyabr tarixində dəfn olunmuşdur. Beyləqan rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq, "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

İsmayılov İlqar Mehdi oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İsmayılov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində Piyadaların Döyüş Maşınının (PDM) vurulması nəticəsində şəhid olub. Beyləqan rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları, eləcə də, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.