YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il işğaldan azad olunmuş ərazilərdə 20 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib

2021-ci ildə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları nəticəsində 20 min hektardan çox ərazi təmizlənib. Bu sahənin vacibliyi xüsusi önəm daşıyır və lazımi maddi-texniki resurslarla təmin olunur. O cümlədən görülmüş tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilər iki dəfədən artıq sahəni əhatə edəcək.

Bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Ağdam Sənaye Parkı və Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bütövlükdə 2021-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 2,4 milyard manat həcmində məhsul istehsalı həyata keçirilib ki, bunun da 959 milyon manatlıq hissəsi ixrac olunub.

“İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanı xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcəkdir. Təbii olaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı da artırır”,- deyə Baş nazir qeyd edib.