YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naqif Həmzəyev seçiciləri ilə növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində seçiciləri ilə növbəti görüş keçirib.

Fərdi qaydada seçicilərin arzu və təkliflərini dinləyən deputat onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər görüşdə əsasən məşğulluq, torpaq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, bəziləri aidiyyəti qurumlara yönləndirilib. Naqif Həmzəyev ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Görüşdə iştirak edən seçicilər dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.