YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Ceyhan limanından 2,03 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Martda 2 milyon 37 min 735 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 226 min 279 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, yanvar-mart aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 6 milyon 862 min 55 ton təşkil edib.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il aprelin 1-ə qədər Ceyhan limanından 268 milyon 801 min 145 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.