YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Mixalko: “Şərq tərəfdaşlığı” ölkələri arasında Azərbaycan Tvininq proqramı çərçivəsində reallaşdırılan layihələrin sayına görə liderdir

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələr arasında Azərbaycan Tvininq proqramı çərçivəsində icra olunan layihələrin sayına görə liderdir.

Bu fikirləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda keçirilən seminarda söyləyib.

Səfir bildirib ki, məhz bu layihə Azərbaycanda hüquqi bazanın formalaşmasına çox önəmli töhfə verir.

Hazırda Avropa İttifaqının Azərbaycanın böyük kommersiya tərəfdaşı olduğunu deyən P.Mixalko əlavə edib ki, eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ixrac bazarıdır. Biz gələcəkdə də bu münasibətlərin möhkəmlənməsinin şahidi olacağıq.

“Avropa İttifaqı Azərbaycan üçün ən böyük investisiya mənbəyidir. Azərbaycanda hüquqi bazanın və biznes mühitinin təkmilləşməsi ilə bu ölkə avropalı investorlar üçün daha perspektivli olacaq. Beləliklə, Azərbaycan biznes baxımından daha cəlbedici ölkəyə çevriləcək”, - deyə nümayəndəliyin rəhbəri əlavə edib.