YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə bölməsində Vətən müharibəsi qaziləri ilə görüşüb.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, müstəqil Azərbaycanın 30 illik həsrətdən sonra düşmən işğalına son qoymasından, Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etməsindən danışıb: “44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Artıq Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Bunun üçün biz rəşadətli Ordumuzun hər bir üzvünə və Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevə minnətdarıq”.

Birliyin sədri Vüsal Qurbanov, Qarabağ muharibəsi əlili Nadir Kərimov, Qarabağ müharibəsi qaziləri - Bayram Kərimov, Tural Xanəliyev və Əli Tağıyev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışıblar.

Görüş zamanı Ramil Orucov Vətən müharibəsi qazilərinin problemləri və təklifləri ilə maraqlanıb, onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Yerindəcə problemin bəzisinin həllini tapmasına görə Vətən müharibəsi qaziləri öz minnətdarlıqlarını bildiriblər.