YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə şəhid ailələri və qazilər ziyarət olunub

Novruz bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və Aparat əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər.

Təşkilat nümayəndələri şəhid Xəyal Həziyevin və qazilər Məmməd Məmmədovun, Sadiq Şükürovun ailələrinə baş çəkərək, onlara bayram sovqatı verib, maddi dəstək göstərib, qayğıları ilə maraqlanıblar.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, barələrində xoş təəssüratlarını bölüşüb, qazilərə Allahdan şəfa diləyib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.