YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taleh Ziyadov: Regionda baş verən hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsinin vacibliyini göstərir

Regionda baş verən son hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsinin vacibliyini bir daha göstərir.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

“Bütün bu hadisələr onu göstərir ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi zamanın tələbidir. Bu o deməkdir ki, ənənəvi olaraq Qara dənizdə toplanan konteynerlərin ünvana çatdırılması üçün Bakı Limanının paylayıcı mərkəz funksiyasını yerinə yetirməsi mərhələsi gəlib çatıb. Ona görə də müvəqqəti saxlanc yerlərinin vacibliyi bir daha önə çıxır”, - deyə T.Ziyadov vurğulayıb.

O qeyd edib ki, növbəti illərdə regionun bütün paylayıcı mərkəz funksiyalarının Bakı Limanında həyata keçirilməsi üçün şərait yaranıb.