YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Azərbaycan qadınları xalqımızın adını həmişə uca tutub

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Tarixin bütün dövrlərində Azərbaycan qadını mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan məhəbbəti ilə, müqəddəs ana şərəfini uca tutaraq gələcək nəsillər üçün əsl örnək olub. Bu gün də Tomris, Nüşabə, Nigar, Həcər qeyrətli qadınlarımız tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır, 8 Mart Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər.

Xalqımızın dərin hörmət və ehtiram bəslədiyi Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Cəmiyyətimizdə, ictimai-siyasi sahədə, dövlət quruculuğunda yorulmadan çalışan qadınların arasında bacarıqlı siyasətçilər, iş adamları, dövlət məmurları da az deyil. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək hörmət qazanan birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir.

Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanı dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyətə malikdir. Onun rəhbərliyi ilə fond Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlər həyata keçirir, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək verir.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində, sosial layihələrin gerçəkləşməsində böyük əməyi var. Mehriban xanım Əliyeva daim həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Azğın düşmənin işğalından azad edilmiş ərazilərimizin bərpasında ölkəmizin birinci xanımının fədakar əməyi az deyildir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırıb, ictimai fəaliyyətinin yeni səhifəsini qızıl hərflərlə tarixə yazdırıb.