YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Qubada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışılıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var. Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, yurdumuzun hər qarışını canından əziz bilən vətənpərvər nəsil yetişdirib.