YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Daşqın İslamovun övladının doğum günü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Daşqın İslamovun övladı Aqşinin doğum günü şəhidin ailəsinin yaşadığı Sabirabad rayonunda qeyd olunub. Bu əlamətdar gündə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Müslüm Rzayev və təşkilatın əməkdaşları şəhidin ailəsinə baş çəkərək, şəhidin övladının 7 yaşı münasibəti ilə təbrik ediblər.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri V.Rüstəmov şəhid övladına hədiyyə təqdim edərək, ona və ailəsinə səmimi təbrikini çatdırıb.

Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.