YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçayda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Göyçay rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Cənnətdən Gələn Çiçək” adlı tədbir keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə YAP Göyçay rayon təşkilatının, Göyçay RİH-in və hüquq-mühafizə orqanlarının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi şəhidlərinin anaları, həyat yoldaşları və övladları iştirak ediblər.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay RİH-in başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Çıxışlarda Azərbaycan qadınının bütün dünyaya nümunə olduğu vurğulanıb. Bildirilib ki, anaların verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.

Şəhid anaları şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda şəhidlərin qadın ailə üzvlərinə hədiyyələr təqdim edilib.