YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Zaur Cəfərovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının üzvləri Vətən müharibəsi Şəhidi Polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovun ailəsini ziyarət ediblər.

Müharibə başladığı ilk gündən döyüşlərə qatılan şəhidimiz Füzuli, Cəbrayıl, Suqovuşan uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub və oktyabrın 10-da Suqovuşanda qəhrəmancasına şəhid olub.

Zaur Cəfərov II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına" medalı, "Azərbaycan Bayraq" ordeni ilə təltif olunub.