YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Bahaləddin İsmayılovun xatirəsinə həsr olunan tədbir keçirilib

“5 mart - Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar Ağstafa rayonunda şəhid Bahaləddin İsmayılovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Tədbirdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Muğanlı kənd qəbiristanlığında şəhid İsmayılov Bahələddin Temraz oğlunun, İsmayılov Rəhman Mehdi oğlunun, Bağırov Aqil Fazil oğlunun məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri böyük ehtiramla yad edilib.

Daha sonra Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində 5 mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar sərbəst güləş idman növü üzrə 113 nəfər yeniyetmə və gənclərin iştirakı ilə Ağstafa rayon birinciliyi üzrə yarışlara start verilib. Yarışdan öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatını sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, “Muğanlı kəndi” ərazi partiya təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yarışın sonunda şəhidimizin atası İsmayılov Temraz Bahələddin oğluna “Vətənə layiqli övlad yetişdirdiyinə görə” Fəxri Fərman təqdim edilib. Sonda rayon birinciliyinin qalibləri diplom və medallarla təltif olunublar.