YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadınları dövlət qayğısı ilə əhatə olunublar

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərdə Azərbaycan qadının böyük rolu olmuşdur. Belə ki, gənc nəslin vətənpərvər ruhda böyüməsi, vətənə layiqli övlad yetişdirilməsində anaların böyük zəhməti vardır. Analar şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə dünyada ən şirin nemət olan can sağlığından daha gözəl olan vətəni sevməyi öyrətmişlər. Azərbaycan anaları 44 günlük Vətən müharibəsində şəhid olan oğullarına görə ruhdan düşməyərək, “vətən sağ olsun” deyərək onların övladlarına, həyat yoldaşlarına təsəlli vermişlər.

Dünyanın heç bir yerində Azərbaycan qadını qədər dəyərli, gözəl, vətənpərvər, fədakar, idarəetmə bacarığı olan qadın ola bilməz.

Dövlət tərəfindən şəhid anaları və digər sahələrdə çalışan qadınlar daim diqqət mərkəzində saxlanılır. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

07 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub. Təltif olunanlar arasında şəhid ailələrinin üzvləri də yer alıb.