YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göyçay rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı İkram Vəliyev, rayon təşkilatının veteranları və təşkilatının yaradılmasında xidmətləri olan şəxlər iştirak ediblər.

Əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə ulu Öndər Heydər Əliyevin, YAP Göyçay rayon təşkilatının yaradılmasında xidməti olub vəfat etmiş şəxslərin, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bütün siyasi həmfikirlərini rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Rayon təşkilatının yaranma tarixi və 29 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. YAP-ın zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən S.Şükürov söyləyib ki, bu gün cənab Prezident, Partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev çıxış edərək rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş söhbət açaraq YAP-ın şərəfli yol keçdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev öz müdrikliyi, bilik və bacarığı, siyasi fəaliyyətilə bugünkü müasir, müstəqil, qüdrətli Azərbaycanın əsasını qoyub. Ölkəmizin bugünkü inkşafına gəlib çatmasında Yeni Azərbaycan Partiyasının tarixi, siyasi fəaliyyəti böyükdür.

Daha sonra çıxış edən partiyanın veteranları Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaranma tarixindən, cəmiyyətində tutduğu mövqedən, ulu öndər Heydər Əliyev ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Partiyamızın uğurlarından danışıblar.

Tədbirin sonunda partiya veteranlarından olan Pakizə Salahova və Şərafəddin Quliyevə doğum günləri münasibəti ilə hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv