YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VII qurultaydan sonra Yeni Azərbaycan Partiyası daha çevik və təşəbbüskar oldu.

Elşad Mirbəşir oğlu

YAP İdarə Heydətinin üzvü, Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyası mürəkkəb dövrdə yarandı və ölkənin, xalqının taleyi ilə bağlı məsuliyyəti öz üzərinə götürdü. Yenicə müstəqil olmuş dövlət ciddi tarixi sınaqlar qarşısında qaldı. Ermənistanın əsassız ərazi iddiaları ilə yanaşı, daxildəki xaos sözün əsl mənasında ölkənin gələcəyi ilə pozitiv düşünməyə imkan vermirdi. Azərbaycan dövlətinin, dövlətçiliyinin taleyinin həll olunduğu belə bir zamanda Yeni Azərbaycan Partiyası yarandı. Yəni, bu partiyanın yaranmasını tarixi zərurət şərtləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Təbii ki, bunun üçün dövlət idarəçiliyi sahəsində dərin təcrübəyə malik olmaqla yanaşı, böyük ictimai nüfuzun olması da tələb olunurdu. Belə bir şəxsiyyət Heydər Əliyev idi. Xalq bütün ümidləri yalnız Ulu Öndər Heydər Əliyevə idi. Dövlətçiliyin gücləndirilməsi, inkişaf strategiyasının müəyyənləşdirilməsi və milli maraqların beynəlxalq müstəvidə qorunması üçün daxili siyasi sabitliyin təmin olunması ilkin şərt idi. Bunu nəzərə alan Heydər Əliyev qısa zamanda daxili siyasi sabitliyin təmin olunması üçün təsirli addımlar atdı. Azərbaycan dövləti Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strategiya üzrə sürətlə inkişaf etməyə başladı. Ölkənin hərtərəfli inkişafı müxanizmlərini özündə ifadə edən inkişaf strategiyasının dəqiqliklə həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının böyük rolu oldu. Partiyaya olan ictimai dəstək durmadan artdı. Təbii ki, belə olan halda ümummilli inkişaf hədəflərinə daha səmərəli çatmaq imkanları da böyük olur. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi. Belə ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı əvvəlki qurultaylardan yeni reallıqlar çərçivəsində keçirilməsi baxımından tamam fərqləndi. Təbii ki, baş tutmuş bütün qurultaylar ölkənin ictimai, siyasi, ümumi inkişaf proseslərində daha effektiv fəaliyyət göstərməsi üçün partiyanın fəaliyyətində ciddi dinamizm qatmışdır. VII qurultayın keçirilməsini isə başlıca olaraq, tam yeni reallıqların yaranması zəruri etdi. Bu reallıqların yaranması isə, cənab Prezidenti İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası iqtidarının praqmatik düşüncəyə, strateji baxışlara söykənərək həyata keçirdiyi fəaliyyətin nəticəsidir. Ölkə Prezidenti YAP-ın VII qurultayında çıxışı zamanı demişdir: “Yeni vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatını şərtləndirdi.  İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaratmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”  Göründüyü kimi, Yeni Azərbaycan Partiyası milli maraqlarımızın təmin olunmasının, inkişaf hədəflərimizə çatılmasının hərəkətverici qüvvəsi rolunda çıxış etməklə yanaşı, həm də bütövlükdə   ölkəmizin yerləşdiyi regionun təhlükəsizlik qarantı və inkişaf lokomatividir. Cəmiyyətdə davamlı olaraq siyasi, iqtisadi, mədəni dəyişikliklər cərəyan edir. Təbii ki, bu dəyişikliklər bu və ya digər dövlət və ictimai institutlarının fəaliyyətinə də təsir göstərir. Cəmiyyətdə cərəyan edən dəyişikliklərin ruhuna uyğun yenilənmə və özünütəkminləşdirmə sözü gedən institutların səmərəli fəaliyyətlərinin başlıca şərtini təşkil edir. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini məhz bu prinsip üzərində qurur. Yəni, baş verən dəyişikliklətə uyğun fəaliyyətini, yanaşmalarını, proqramını yeni elementlərlə zənginləşdirən Yeni Azərbaycan Partiyası hər zaman dövrün çağırışları ilə ayaqlaşmağı bacarıb. Partiyanın VII qurultayından ötən bir il ərzində bu, daha aydın müşahidə olundu. Ölkədə yeni siyasi dialoq təşəbbüsünü irəli sürən və özünün praktiki addımları ilə bu təşəbbüsün həyata keçirilməsini şərtləndirən Yeni Azərbaycan Partiyası yeni dövrün reallıqlarına uyğun daha da dinamik və səmərəli fəaliyyət gösətrmək əzmini ortaya qoydu. Partiyanın idarəetmə aparatının təkminləşdirilməsi bir daha ona dəlalət edir ki, qarşıdakı milli inkişaf hədəflərimizə çatılmasında YAP-ın rolu əhəmiyyli rolu olacaq. Sonuncu qurultaydan ötən bir il ərzində bunun bütün əlamətləri artıq görünməkdədir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın və müvafiq olaraq, ölkənin həyatında yeni keyfiyyət elementlərini təmin etməkdədir.