YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər

“Bir il öncə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə kimi yadda qalıb. Prezident  İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirir. Bu islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı da əhatə edir. Cəmiyyətimiz, vətəndaşlarımız  bu islahatları yüksək dəyərləndirir”. Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin siyasətində sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar, əhalinin rifah halının daha da yüksəldilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi və s. amillər mühüm yer tutur. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ən əsası 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyev söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Ölkəmizin qarşısında müəyyən hədəflər dayandığını və partiyanın bu prosesdə öz rolunu oynayacağını bildirən S.Fətəliyeva deyib: “Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibəsinin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb. Eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün dinlərdən, mədəniyyətlərdən olan millətlərin nümayəndələri ölkəmizdə dinc, mehriban yanaşı formada yaşayırlar. Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işlərin daha da gücləndirilməsinə töhfə verilmək üçün siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası bu məsələlərdə də öz fəaliyyət istiqamətlərini zamanın tələblərinə uyğun müəyyənləşdirir. Qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Bütövlükdə, YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin davamıdır”.

Millət vəkili qeyd edib ki, YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir: “VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Partiyanın Sədri, Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramıdır. Partiyamızın üzvləri yeni mərhələdə ictimai-siyasi proseslərdə daha fəal iştirak edərək ölkəmizin inkişafına öz töhfələrini verməkdədir”.

DİGƏR Xəbərlər Arxiv