YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Torpaqların azad edilməsindən ilyarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil

Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir.

Bu fikirləri Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən söyləyib.

İndiyə qədər Azərbaycanın nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almadığını qeyd edən dövlətimizin başçısı deyib: “Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə, qəribədir ki, torpaqların azad edilməsindən demək olar ilyarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur”.