YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun xatirəsi anılıb

Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Cabbarov Şahgündüz Habil oğlunun məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının əməkdaşları şəhidin məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Şəhidin atası Habil Cabbarovun da iştirak etdiyi ziyarət zamanı 44 günlük Vətən müharibəsi zamanı igid oğulların göstərdikləri qəhrəmanlıqlardan danışılıb.