YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: YAP ölkəmizin milli tərəqqiyə xidmət edən vəzifələrinin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək

Xalqın böyük etimadını, inamını qazanan Yeni Azərbaycan Partiyasının bir il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayı ölkə Prezidenti cənab İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, gücünü Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası hər qurultayı ilə ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib. Qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır və 30 ilə yaxın dövr ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.

Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan VII qurultayda partiyanın Sədri, Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışı, siyası partiyaların YAP-a qoşulması, partiyada birinci müavin postunun təsis olunması, İdarə Heyətinin genişləndirilməsi, QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, Veteranlar Şurasının yaradılması partiyanın qarşısında yeni, məsuliyyətli vəzifələrin dayandığını bir daha nümayiş etdirdi.

Yeni Azərbaycan Partiyasının 30 ilə yaxın müddət ərzində əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası daim cəmiyyətin avanqard siyasi qüvvəsi kimi xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib. Məhz qazanılan nailiyyətlər, xalqın etimadını qazanması Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub, dünənin, bu günün və gələcəyin partiyasına çevrib.

Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayan hakim partiya səmərəli fəaliyyəti ilə bu gün də uğurlara imza atır. Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələri, demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən YAP-ın yeni 5 fəsildən ibarət Proqramı hakim partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

Yeni Azərbaycan Partiyası yaradılmasının 30-cu ildönümünü bu il qürurla, iftixarla qeyd edəcək. Qazandığı, əldə etdiyi uğurlarla, nailiyyətlərlə kifayələnməyən ümumxalq partiyası qarşıdakı dövrdə də fəaliyyəti ilə ölkəmizin inkişafına, müasir və qüdrətli Azərbaycanın gələcəyə naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək.