YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik ediləcək

Milli Məclisdə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Qanun layihəsi parlamentin martın 4-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanunvericilikdə özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar təsbit olunub. Təklif olunan dəyişiklikdə isə bu vəsaitlərin istifadə məqsədləri dəqiqləşdirilib və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilib. Qanun layihəsi bu sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcək.