YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlıda şəhid Mirzəyev Şamil Afiq oğlunun əziz xatirəsi yad edilib

Yardımlı rayonunda Vətən müharibəsi şəhidi Mirzəyev Şamil Afiq oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Mərasimdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən geniş bəhs edib.

Sonra Mirzəyev Şamil Afiq oğlunun əmisi Birinci Qarabağ müharibəsi Şəhidi Məharət Mirzəyevin məzarı ziyarət edilərək, üstünə gül dəstələri qoyulub.