YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan qonşu ölkələrlə sülh və təhlükəsizlik şəraitində yaşamağa üstünlük verir

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən iclasında dünyanın ən böyük bəlalarından biri olan koronavirus pandemiyası ilə mübarizədən danışaraq, qlobal problemə çevrilən vaksinlərin ədalətsiz bölgüsü məsələsinə dünyanın diqqətini çəkdi. Məhz bundan sonra BMT-nin vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı qətnaməsi qəbul edildi.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında söyləyib.

Nazir qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən kasıb ölkələrə də yardımını əsirgəməyib.

Azərbaycanın qonşu ölkələrlə sülh və təhlükəsizlik şəraitində yaşamağa üstünlük verdiyini diqqətə çatdıran nazir bunun bölgənin təhlükəsizliyi və region ölkələrinin inkişafı üçün vacib olduğunu vurğulayıb.