YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycan Ukraynaya humanitar yardım olaraq dərman preparatları və tibbi avadanlıqlar göndərib

Azərbaycan Ukrayna ərazisində baş verənlərdən, xüsusilə mülki şəxslər arasında ciddi itkilərdən dərin təəssüf hissi keçirir. Mülki vətəndaşların həyatı və mülki vətəndaşların yaşayış məntəqələri və insan hüquqları hər zaman qorunmalıdır.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Ukraynaya humanitar yardım olaraq dərman preparatları və tibbi avadanlıqlar göndərib.

“Bu kritik vaxtda Azərbaycan vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayır”, - deyə C.Bayramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv