YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycan azad edilmiş ərazilərinə missiya göndərilməsi üçün UNESCO ilə danışıqlar aparır

Azərbaycanın mədəni irsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində məhv edilib. Yaşayış məskənləri dağıdılıb, tarixi, dini və mədəni abidələrimiz məhv edilib.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında deyib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan mənşəyindən asılı olmayaraq, azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin ən yüksək səviyyədə bərpasına çalışır.

Ölkəmiz münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar aparır.