YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Qusar rayon Dövlət Rəsm qalereyasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elnur Eldarov bildirib ki, Xocalı faciəsi tariximizin ən dəhşətli və acı səhifəsidir. Biz bu qanlı hadisəni unutmamalı və faciə qurbanlarının xatirəsini həmişə əziz tutmalıyıq.

Sonra YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd edib ki, Xocalı faciəsinə siyasi qiymət ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verildi. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası keçirilir, faciə haqqında əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Hüseynov 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə erməni qəsbkarlarından bütün şəhidlərimizin qisasını aldığımızı qeyd edib.

Sonda gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçirilib.