YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı “Xocalı soyqırımını unutmayaq” adlı videokonfrans keçirib.

Tədbirdə əvvəlcə Xocalı soyqırımının qurbanlarının və ərazi bürövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Videokonfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib ki, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən qəddar, misli görünməmiş cinayətdir. Bildirib ki, Azərbaycan dövlətinin uğurlu diplomatik əlaqələri və Heydər Əliyev Fondunun təşkil etdiyi “Xocalıya ədalət” kampaniyası nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır.

İ.İlyasov, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini qürur hissi ilə xatırladıb.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının fəalları da XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd ediblər ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş qətliama biganə qalmamalı, bu soyqırımının icraçıları qanun qarşısında cavab verməlidirlər.