YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın milli maraqları regionda sabitliyin təmin edilməsinə xidmət edir

Qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanan, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirən müstəqil Azərbaycanın siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan mühüm danışıqlarla yanaşı, Müttəfiqlik Bəyannaməsi imzalandı. Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

O, qeyd edib ki, bu Bəyannamənin imzalanması iki dost ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, daha da dərinləşəcəyini, iqtisadi əlaqələrin isə ən yüksək səviyyəyə yüksələcəyini təsdiqlədi.

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa və mehriban qonşuluğa əsaslanır. Eyni zamanda, günü-gündən yüksələn xətlə daha sürətlə inkişaf edən iki ölkənin qarşılıqlı əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Məhz iki ölkənin prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bu da onu təsdiq edir ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir.

Prezident cənab İlham Əliyevin Rusiyaya həm rəsmi səfərə dəvət olunması, həm Rusiya Prezidenti tərəfindən çox böyük ehtiramla qarşılanması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi məzmununun və Azərbaycanın dövlət başçısının yüksək nüfuzunun göstəricisidir.

Siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar və hərbi sahələrə qədər geniş spektri əhatə edən Azərbaycan-Rusiya münasibətləri artıq tarixin yeni səhifələrini açır. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsinə təsadüf edən Moskva Bəyannaməsinin imzalanması çox böyük önəm kəsb edir. Belə ki, Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı, öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar. Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub. Liderlərin imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Moskva Bəyannaməsinə əsasən Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir.

Ölkə Prezidenti İlham Əliyev Bəyannamənin əhəmiyyətindən danışarkən qeyd edib ki, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcək: “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.

Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Rusiya və Azərbaycanın dövlət başçılarının son görüşü, danışıqları, mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycanla-Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında imzalanan bəyannamə isə bir daha Azərbaycanın müstəqil siyasətini təsdiq etdi.