YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya qarşılıqlı addımlar atmaqla Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlı olduğunu sübuta yetirdi

“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri daim mehriban qonşuluq prinsiplərinə əsaslanıb, ölkəmiz daim etibarlı tərəfdaş kimi öz dəyişməz mövqeyini nümayiş etdirib. Prezident İlham Əliyev cənablarının siyasi fəaliyyətinin əsas istiqaməti regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir və bu mühüm amil Rusiya Federasiyası ilə imzalanmış Müttəfqlik Bəyannaməsi vasitəsi ilə də sübuta yetirildi”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib.

Onun sözlərinə görə, iki dost ölkələr arasında imzalanmış Bəyannamənin əhəmiyyəti həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan regionun lider dövləti kimi qəbul olunur, dəyərləndirilir: “Düşünürəm ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni konfiqurasiya regionda sülh və təhlükəsizlik naminə səyləri göstərir və bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilir və Rusiya qarşılıqlı addımlar atmaqla Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlı olduğunu sübuta yetirdi”.

“Bütövlükdə isə biz həm də belə nəticə hasil edə bilərik ki, Moskva Bəyannaməsi Azərbaycan-Rusiya dövlətləri arasında mövcud olan etibarlı və etimadlı münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə zərurət yaradırdı”, deyən Abil Ağasəfov əlavə edib ki, həmin reallıq eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, həmçinin, hərbi əməkdaşlığa öz töhfələrini verəcək: “Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, Bəyannamə Ermənistanın uydurduğu çoxsaylı utopik stereotiplərinin məhv olmasını sübuta yetirdi. Onlar 30 il iddia edirdilər ki, Rusiya Ermənistanın ən yaxın hərbi-iqtisadi müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma bunun heç də belə olmadığını məhz Prezident İlham Əliyev cənablarının qətiyyəti, siyasi iradəsi, eləcə də həyata keçirdiyi uğurlu siyasət isbatladı, Ermənistanın xəyallarını, kirli niyyətlərini puça çevirdi. Moskva Bəyannaməsi qarşıda özünün nə qədər əhəmiyyətli sənəd olduğunu daha çox və geniş şəkildə göstərəcək və bu bilavasitə Azərbaycanın dövlət başçısının uzaqgörən siyasətinin məntiqi nəticəsidir”.

DİGƏR Xəbərlər Arxiv