YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət olunub

Sabirabadda Vətən müharibəsi şəhidləri rayonun Surra kəndindən olan Əsgərov Firavan Xanbala oğlunun və Mayılov Bəxtiyar İxtiyar oğlunun ailə üzvləri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşkilat nümayəndələri şəhidlərin ailələrini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Söhbət zamanı 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Qeyd olunub ki, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Daha sonra rayon təşkilatının əməkdaşları şəhidlərimizin məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.