YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı “Fətəli Xan Xoyski 101” (Nərimanov Tibb Mərkəzi) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilat əməkdaşları, ərazi partiya təşkilatının üzvləri, o cümlədən Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov iştirak edib.

Yığıncaqda giriş sözü ilə çıxış edən Fazil Alməmmədov rayon ərazisində bir neçə tibb müəssisəsinin birləşməsi səbəbindən yeni struktur formalaşması ilə bağlı “Fətəli Xan Xoyski 101” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağının yenidən keçirilməsi zərurəti yarandığını bildirib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ərazi partiya təşkilatının sədri, Sevinc Nəzərova isə sədr müavini seçiliblər.

Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qüvvə olduğunu diqqətə çatdırıb. S. Vəliyev ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.