YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Nəsimi rayon təşkilatı uzun illərdir ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirir.

Tədbirdə çıxış edən Xocalı sakini, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı Soyqırımına siyasi qiymət verilib və onun təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlanıb. Qabil Əliyev bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının dünyada təbliğ olunmasında əvəzsiz xidmətlərinin olduğunu qeyd edib.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu bildirərək, faciəsinin arxasında duran həqiqətin təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.