YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanlar yaradılmasında əsas rol oynayır

Rusiya Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə söyləyib.

2020-ci ilin noyabrında Rusiya Prezidentinin fəal iştirakı ilə imzalanmış üçtərəfli Bəyanatın bu çoxillik münaqişəni nizamlanmasına imkan yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk”.