YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Mərkəzi Aparatın nümayəndələri, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatı ərazi partiya təşkilatının üzvləri və fəalları Fəxri Xiyabana gedərək Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin və YAP Yasamal rayon təşkilatının təsisçisi, ilk sədri, “91-lər”dən biri Fikrət İsmayılovun məzarını ziyarət edib, əziz xatirələrini yad ediblər.

YAP Yasamal rayon təşkilatında davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin, YAP Yasamal rayon təşkilatının təsisçisi Fikrət İsmayılovun və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Yasamal rayon təşkilatının 29 illik fəaliyyətini özündə əks etdirən qısametrajlı videorolik nümayiş olunub.

Tədbir iştirakçılarını salamlayan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. YAP-nın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən B.Nəbiyev söyləyib ki, bu gün cənab prezident, partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov YAP Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun YAP Yasamal rayon təşkilatının 29-cu ildönümü münasibətilə təbrikini çatdırıb, partiya üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, partiyanın “qızıl fondu” olan “91-lər”dən biri Şahlar Əsgərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Ramil Həsən, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxışlarında YAP-ın xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını söyləyiblər. Qeyd ediblər ki, bu gün partiyamızın gücü Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır.

Sonra çıxış edən BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ceyla Həsənzadə dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasətin yüksək qiymətləndirildiyini bildirib.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının fəallarından olan Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru İzzət Rüstəmovun 90 illik yubileyi qeyd olunub.

Sonda YAP Yasamal rayon təşkilatı ərazi partiya təşkilatlarının nümayəndələri fəxri fərman və diplomlarla təltif olunublar.