YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı 53 saylı (Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi PHŞ), 55 saylı (Muğan Bank) və 56 saylı (Mingəçevir şəhər İşıqlanma idarəsi) ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

İclaslarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. 

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.