YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının Qax Telekommunikasiya qovşağı, Meşəbaş kənd, Əmircan kənd, Turaclı kənd, ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda həmçinin təşkilati məsələlərə baxılıb. Həmdullah Qocayev Qax Telekommunikasiya qovşağı ərazi partiya təşkilatının sədri, Tərlan Hafizov sədr müavini, Maquli Otaraşvili Meşəbaş kənd ərazi partiya təşkilatının sədri, Aida Kaxeli sədr müavini, Rübail Əfəndiyeva Əmircan kənd ərazi partiya təşkilatının sədri,

Cuma Qurbanov sədr müavini, İlham Məmmədov Turaclı kənd ərazi partiya təşkilatının sədri, Sahib Yusifov isə sədr müavini seçiliblər.

YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev yeni seçilən ərazi partiya təşkilatlarının sədr və müavinlərini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.