YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının Yuxarı Çardaqlar və Zəyəm  ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndirib.

Sonra ərazi partiya təşkilatlarının sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Şabanov Əli Yuxarı Çardaqlar ərazi partiya təşkilatının sədri, Mustafayeva Xəyalə sədr müavini, Muradov Qurban ərazi partiya təşkilatının sədri, Muradova Aludə sədr müavini seçiliblər.

Yeni Azərbaycan Partiyasi Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov yeni seçilən sədr və sədr müavinlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.