YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Xaçmaz rayon təşkilatı Mədəniyyət şöbəsi, Xudat xəstəxana, Xudat bələdiyyə, Qusarçay, Pirquluoba, Həsənqala, Xudat şəhər 1 saylı məktəb, Xudat şəhər 2 saylı məktəb ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, Mədəniyyət şöbəsi daim YAP Xaçmaz rayon təşkilatı ilə sıx əməkdaşlıq edərək birgə tədbirlər və layihələr həyata keçirir.

Gündəliyə uyğun olaraq Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova məruzə ilə çıxış edərək bildirib ki, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyi ona olan inamı və etimadı günbəgün artırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər birimiz üçün böyük şərəf və qürurdur. Partiyanın sıralarında birləşən 800 minə yaxın üzvün hər biri Ümummilli Liderin ideyalarının təbliğatçılarıdır. Bu ideyalar Azərbaycanın dünəninin, bu gününün əsası olaraq hər zaman gələcəyə böyük inamla addımlamağa stimul verir.  

Məruzə ətrafında çıxış edən Elxan Məhərrəmov, Telnaz Adıgözəlova və başqaları hesab dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib.

Hesabat-seçki yığıncağında çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bu il 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycana uğurlarının zirvəsində dayanan Zəfər sevincini yaşatdı.

Sonra təşkilati məsələlərə baxılıb. ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.

Sonda partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edilib.