YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatı Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə nümayəndəliyi, Zəngilan rayon Kommunal Müəssisələr Kombinatı, Zəngilan rayon “Şəfəq” körpələr evi-uşaq bağçası, Zəngilan rayon 33 nömrəli tam orta məktəb, Zəngilan rayon 11 nömrəli tam orta məktəb, Zəngilan rayon 15 nömrəli tam orta məktəb, Zəngilan rayon 19 nömrəli tam orta məktəb, Zəngilan rayon 23 nömrəli tam orta məktəb ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.

Sonda YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.