YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 1, 2, 4, 5, 6 və 8 saylı şəhər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

İclaslarda təşkilati məsələlərə də baxılıb. Mirnəsib Kazımov 6 saylı şəhər ərazi partiya təşkilatının sədri, Aygün Əlizadə sədr müavini, Bəhruz Qafarov 1 saylı şəhər ərazi partiya təşkilatının sədri, Pərvin Əsədova sədr müavini, Fərail Kazımov 5 saylı şəhər ərazi partiya təşkilatının sədri, Mədinə Quliyeva sədr müavini seçiliblər.

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv