YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki rayon təşkilatının bir neçə ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı Calğalıbulaq, Nuxa, 5 saylı tam orta məktəb, Yuxarıbaş, 1 saylı tam orta məktəb məktəb, 3 saylı tam orta məktəb, 7 saylı tam orta məktəb Xan sarayı, Güləhli, Sahil, Şərbablar, Meşə idarəsi, Təzə bazar, Suvarma sistemləri, Çöl yol, Bağbanlar, İpəkçi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.

 YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.