YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçiciləri ilə növbəti görüş keçirib

Milli Məclisin deputatı Əliabbas Salahzadə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında Ramana qəsəbəsinin sakinləri ilə görüşüb.

Görüş zamanı qəsəbə sakinlərini narahat edən problemlər dinlənilib. Müraciətlər sırasında məşğulluq, işsizlik, yol-nəqliyyat infrastrukturunun bərpası, yenilənməsi məsələləri əsas yer tutub.

Ə.Salahzadə dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Qeyd olunub ki, əhalinin rahat yaşayışının təmin edilməsi üçün yol-nəqliyyat infrastrukturunun yenilənməsi prioritet məsələlər sırasındadır. Dövlətimizin bu istiqamətdə atdığı addımlar nəinki ölkə daxilində, beynəlxalq səviyyədə təqdir edilir. Bütün sahələrdə təcrübəsi nümunə olan Azərbaycan yol-nəqliyyat infrastrukturu sahəsində əldə olunan uğurların miqyası baxımından da beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur.

Sakinlərin müraciətləri diqqətlə dinlənilib və qeydiyyata alınıb.  Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Əliabbas Salahzadəyə minnətdarlıqlarını bildirib və  müraciətlərinin  qısa zamanda öz həllini tapacağına  əminliklərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv