YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Salyanda Vətən müharibəsi şəhidi Əfqan Hüseyn oğlu Axundovun doğum günü münasibətilə anım tədbiri keçirilib. 

Şəhidin xatirəsinə inşa olunan abidə-xatirə kompleksinin qarşısında təşkil edilən mərasimdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, partiya fəalları, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar.

Sonra məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

DİGƏR Xəbərlər Arxiv